Nazir Hakob Arşakyan Tehranda keçirilən “Smart İran” konfransında iştirak edir

Ermənistan Respublikasının Yüksək Texnologiyaları naziri Hakob Arşakyan İranın İnformasiya Texnologiyaları və rabitə naziri Mohammad-Cavad Azari Cahrominin dəvəti ilə İyulun 17-19-da Tehranda “Smart İran” konfransında iştirak edir. Bu konfransda İran Prezidenti Həsən Ruhani həmçinin iştirak edir.
Konfransda Rusiya, İraq, Azərbaycan, Türkiyə və bir sıra digər ölkələrin nümayəndələri, eləcə də bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.
Səfər ərzində nazir Arşakyan İranın ən nəhəng elektron və kompüter texikasının “ELCOMP-2019” 25-ci beynəlxalq sərgisinin açılışında iştirak edib.
ELCOMP İranın informasiya və rabitə texnologiyaları sahəsində İran bazarının ən nəhəng ticarət və texnoloji tədbirlərdən biridir. Burada 20-dən çox ölkədən təxminən 1500 şirkətlər iştirak edir.
Səfəri çərçivəsində İranın Elm və Texnologiya üzrə vitse-prezidenti Surena Sattari nazir Arşakyana, İrakın Rabitə üzrə naziri Naim al Rubayeyə son illərdə İran şirkətlərinin texnoloji əldə olunmalarını təqdim edib.