Başlıcaİctimaiyyət

Azərbaycanlı mühacirlər bu dəfə 3 alman qəzetinin redaksiyası önünə toplaşdı

İyulun 18-də “Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatının fəalları “Almaniyalı Jurnalistlərdən Siyasi Məhbuslara Dəstək” kampaniyası çərçivəsində Essen şəhərində yerləşən 3 media orqanının (NRZ Neue Ruhr/Neue Rhein Zeitung, WAZ Westdeutsche Allgemeine Zeitung və UZ Unsere Zeit ) qarşısında aksiya keçiriblər.

Təşkilatçılardan Emin Manafovun Meydan TV-yə verdiyi məlumata görə, “Siyasi Məhbsulara Azadlıq” adlı həmrəylik aksiyasında məqsəd diqqəti Azərbaycandakı vəziyyətə çəkməkdir.

Aksiyada çıxış edən DAS üzvləri deyiblər ki, Azərbaycanda söz və mətbuat azadlığı, sərbəst toplaşmaq hüquqlari, siyasi mübarizə üçün imkanlar məhdudlaşdırlıb. Bu gün Azərbaycanda siyasi və dini əqidəsinə görə 110 nəfərdən artıq siyasi məhbus var. Azərbaycanda siyasi aktiv insanlara qarşı təqib və təhdidlər davam edir. Hər ay bir neçə şəxs saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb edilir və həbs edilir. Bundan başqa, siyasi sifarişlə həbs olunan insanlar cəzaçəkmə müəssələrində mənəvi, psixoloji və fiziki işgəncəyə məruz qalırlar. Azərbaycanda avtoritar hakimiyyət demokratik islahatlar aparib, vətəndaşların inamını əldə etmək əvəzinə insanları qorxu altinda saxlayır və bu yolla korrupsiya, məmur özbaşınalığı, pis idarəetmə haqqında informasiyanın yayılmamasına nail olurlar.

Aksiya iştirakçıları müraciətlərini redaksiyalara təqdim ediblər.

Müraciətdə vurğulanır ki, siyasi məhbusların sayina görə Azərbaycan dunyanın birinci ölkələrindəndir. Bu gün Azərbaycanda onlarla insan siyasi baxişlarına və dini əqidəsinə görə, bir neçə juranlist tənqidi yazilarına və çixşlarına görə həbsdədir.

“Almaniyalı jurnalistlərdən siyasi məhbuslara dəstək” kampaniyası iyunun 28-də başladılıb. Bu məqsədlə bir qrup azərbaycanlı mühacir ilk olaraq Almaniyanın Dortmund şəhərində yerləşən, tirajlı alman qəzetlərindən hesab edilən “Ruhr Nachrichten” qəzetinin redaksiyası önündə aksiya keçirmişdilər.


Daha çox göstər
Back to top button