BaşlıcaSiyasət

Kipr Ermənistan-AB razılaşmasının ratifikasiyası üçün daxili prosedurları tamamlayıb

Kipr Ermənistan-AB Hərtərəfli və Geniş tərəfdaşlıq haqda sazişin ratifikasiyası üçün lazım olan daxili prosedurları tam olaraq tamamladı. Bu barədə öz feysbuk səhifəsində ER Xİ nazirinin müavini Anna Nağdalyan öz feysbuk səhifəsində yazıb.
“Kipr Hərtərəfli və Geniş tərəfdaşlıq haqda sazişin təsdiqlənməsi üçün lazım olan daxili prosedurları tam şəkildə tamamladı və İyulun 19-da Avropa Birliyi Şurasını məlumatlandırdı”- deyə o, yazıb.

Ermənistan-AB Hərtərəfli və Geniş tərəfdaşlıq haqda saziş 2017-ci ilin noyabrın 24-də Brüsseldə imzalanıb. Bu günə qədər Litva, Latviya, Lüksemburq, Malta, Polşa, Rumıniya, Almaniya, Finlandiya, Macarıstan, İsveç, Slovakiya sazişi ratifikasiya edib. Saziş Ermənistan tərəfindən də ratifikasiya olunub.

Kipr Parlamenti Ermənistan-AB Hərtərəfli və Geniş tərəfdaşlıq haqda sazişi 2019-cu ilin iyunun 28-də ratifikasiya edib.

Daha çox göstər
Back to top button