İctimaiyyət
Azərbaycanlı reportyorlar etiraz etdilər

AzadlıqRadiosu yazır ki, bu gün iyulun 22-də, Milli Mətbuat Günündə bir qrup videoreportyor Azərbaycan Daxili İşlər Nazirliyinin önündə aksiya keçirməyə cəhd göstərib.
Onlar müxtəlif aksiyalar zamanı və ya vətəndaşlardan müsahibələr alarkən polis müdaxiləsinə məruz qaldıqlarını bildiriblər. Reportyorlar belə hallara son qoyulmasını istəyiblər.
Olay yerinə gələn polislər reportyorları binanın önündən kənara çıxarıblar. Aksiya insidentsiz başa çatıb, saxlanan olmayıb.
Baş verənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.