
Rusiya təyyarələrinin ER-a köçürülməsi 2019-cu ilin sonunda və 2020-ci ilin əvvəlində nəzərdə tutulur.
Bu barədə jurnalistlərə ER Müdafiə naziri Davit Tonoyan deyib.
“Razılaşmanın öhdəliklərinə əsasən, biz ilin sonunda və gələn ilin əvvəlində istehsalçıların öhdəliklərinin yerinə yetirilməsini gözləyirik”- deyə nazir qeyd edib.
Silahların əldə edilməsi ilə bağlı proqramlar barədə suala cavab verərək nazir deyib ki, yeni silahlar olacaq, amma silahların nə olduğu barədə xırdalıqlar bildirməyib.
“İndi bu barədə danışa bilmərəm, amma hərbi sürprizlər olacaq”- deyə o, əlavə edib.