
Avropa Birliyi məhkəmə islahatları prosesində Ermənistanı dəstəkləməyə hazırdır.Bu haqda jurnsalistlərlə söhbətində Ermənistanda AB nümayəndəliyinin rəhbəri səfir Pyotr Svitalski qeyd edib.” Avropa Birliyi Ermənistanda məhkəmə islahatlarının ən yüksək səviyyədə keçirilməsini açıq şəkildə dəstəkləyib. AB erməni tərəfinin müstəqil, təmiz, açıq və effektiv məhkəmə sisteminin yaradılmasına dair səylərinə sadiqdir.
Biz siyasi məsləhət və maliyyə dəstəyini qorumağı təmin etməyə hazırıq”-deyərək Svitalski bildirib. Səfirin sözlərincə, , AvropaBirliyi məhkəmə islahatları prosesinə maddi yardım göstərməyə hazırdır. “Bu məsələ bir neçə gün əvvəl müzakirə edildi. Bizim dəstək maliyyə baxımından son dərəcə vacibdir.
İki istiqaməti dəstəkləyirik:bunlar birbaşa, dərhal yardım və növbəti üç-dörd il üçün çox milyon dollarlıq dəstək proqramıdır.. Biz Ermənistan Respublikası hökumətinin təsvir edəcəyi konkret planları gözləyirik “- deyərək Pyotr Svitsalski bildirib.