BaşlıcaSiyasət

Fransanın keçmiş baş naziri Ermənistanın Dövlət Maraqları Fonduna qoşulub

Ermənistanın Dövlət Maraqları Fondu  bəyan edib ki, Fransanın keçmiş baş naziri Dominik De Vilepini direktorlar şurasının üzvü təyin edilib.

“ER baş nazir müavini Tiqran Avinyanın sədrliyiylə fəaliyyət göstərən Ermənistanın Dövlət Maraqları Fondunun Direktorlar  şurası dünya səviyyəli nümayəndəliyi nəzərdə tutur, bu kontekstdə  Fransanın keçmiş baş nazirinin  cəlb edilməsi iştirakın çox yüksək səviyyəsini müəyyən edir”- deyə mesajda deyilir.

Bu münasibətilə De Vilepin qeyd edib: “ Ermənistanın Dövlət Maraqları Fondunun komandasına qoşulması yeni və maraqlı bir səyahətdir.

Fransa kimi Ermənistan da son zamanlarda siyasi sahənin əsaslı cavanlaşma mərhələsi keçdi və bunun sübutu odur ki,  Ermənistanın Dövlət Maraqları Fondunun icraçı direktoru cənab Papazyanın 37 yaşı, şuranın sədri, baş nazir müavini Tiqran Avinyanın isə 30 yaşı var.

Ermənistan indi Avropanın ən sürətli ÜDM  artım tempi olan ölkədir, ÜDM 2019-cu ilin ilk üç aylarında 7.1% ilə artıb və Ermənistanın Dövlət Maraqları Fondunun böyük gələcəyi və eyni zamanda bu artıma öz töhvəsinin verilməsi üçün böyük məsuliyyəti var”.

Daha çox göstər
Back to top button