Mövcud Milli təhlükəsizlik strategiyasının dəyişdirilməsinin səbəbləri çoxdur. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azdutyun” radiosuna verdiyi müsahibəsində bu illər ərzində beynəlxalq münasibətlərdə baş verən əsas dəyişiklikləri vurğuladı.
“2007-ci ildə, strategiyanın yazıldığı zaman Rusiya-Qərb münasibətlərində oxşar böhran olmamışdır necə ki, indi var.Digər dəyişiklik Rusiya-Gürcüstan müharibəsidir, İrana qarşı sanksiyalardır, aprel müharibəsidir və eləcə də Ermənistandakı dəyişikliklərdir. 12 il keçib, buna görə də yeni bir strategiyaya sahib olmaq lazımdır”-deyərək Qriqoryan bildirib.
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Məxməri inqilabdan sonra ER-nın xarici siyasət kursunda heç bir dəyişiklik olmayacağını və həmin məntiqin strategiyada ifadə olunacağını bildirdi.
“Təhlükəsizlik baxımından strateji istiqamətlərimizi müəyyənləşdirmək mühümdür.Təbii ki, ordu və silahlı qüvvələr diqqət mərkəzindədir, onlar təhlükəsizliyin əsas tərkib hissəsini təşkil edəcəklər və bizim diqqətimiz mərkəzindədir. Lakin biz bununla biz məhdudlaşmayacağıq. Təhlükəsizlik konsepsiyasını müəyyən dərəcədə genişləndirmək üçün ehtiyac duyulur”- deyərək Armen Qriqoryan qeyd etdi.