İctimaiyyət

Bayram Məmmədov polisə çağırıldı

NİDA Vətəndaş Hərəkatın üzvü Bayram Məmmədov Balı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. Məmmədov AzadlıqRadiosuna bildirib ki, bu gün, iyulun 24-də onun atasının mobil telefonuna zəng edən şəxs özünü İdarənin Tədqiqat şöbəsinin əməkdaşı kimi təqdim edərək, Bayram Məmmədovun bu gün İdarəyə gəlmək lazım olduğunu deyib. “Zəng edən şəxs bildirdi ki, bu ilin mart ayında inzibadi qaydada həbs olunduğum zaman Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında işgəncələrə məruz qaldığıma görə prokurorluğa şikayət vermişəm. Baş Prokurorluq isə şikayəti BŞBPİ-nə göndərib və bununla bağlı İdarəyə çağırılıram”.

Məmmədov əlavə etdi ki, şikayətinin vəkil Elçin Sadıqovun tərəfindən verildiyini sözlərinə və Bayram Məmmədovun əvəzinə onun İdarəyə getməsilə bağlı təklifə zəng edən şəxs “vəkili nə edirik?” cavab verdi və Məmmədovun özünün gəlməyinin vacibliyini vurğuladı. Lakin Məmmədov İdarəyə getməyəcəyini bildirdi. “Mart ayında da məni hansısa bəhanə ilə polisə çağırmışdılar və orda həbs ediblər. Təkrarlamaını istəmirəm”, – deyə Məmmədov bildirib.

Daha çox göstər
Back to top button