İctimaiyyət

Gözəl Bayramlı pasport ala bilmir

“Səhhətimdəki çox ciddi problemlər səbəbi ilə müalicə məqsədilə ölkədən çıxmaq zərurəti yaranıb. Buna görə pasport almaq üçün lazımi sənədləri Bakının Bakıxanov qəsəbəsində yerləşən Asan Xidmətə təqdim edib, dövlət rüsumunu ödəmişəm. Bu gün saat 15-də pasportumu götürmək üçün yaxınlaşanda mənə dedilər ki, sənə pasport verilməyəcək, çünki imtina cavabı gəlib. Səbəbini isə izah edə bilmədilər.”

Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Gözəl Bayramlı facebook səhifəsində yazıb.

Bayramlı İnsan hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanovaya müraciət edərək sual edir ki, “hakimiyyətin məndən nəyin qisasını aldığını öyrənib Azərbaycan ictimaiyyətinə məlumat verə bilərmi? Və bu qisasçılıq nə vaxtacan davam edəcək?!”

AXCP sədrinin müavini Amerikanın Səsinə bildirib ki, vəkili ilə məsləhətləşəndən sonra məhkəməyə və digər uyğun strukturlara müracitə edəcək.

“Bunu siyasi fəaliyyətimə görə düşünülmüş qisasçılıq kimi qiymətləndirirəm. Yuxarıdan gələn göstəriş əsasında pasport verilmir. Həbsdən çıxan dostlarımızın hamısı pasport alıb,” o qeyd edib.

Daha çox göstər
Back to top button