
İyulun 25-də Artsax Respublikasının hakimiyyətləriylə əldə edilmiş şərtləşməyə əsasən, ATƏT missiyası Artsaxın və Azərbaycanın silahlı qüvvələrinin təmas xəttindəki Şahumyan rayonunun Gyulistan kəndindən cənub hissədə atəşkəs rejiminin monitorinqi keçirib. Bu barədə Artsax XİN-dən bildirilib.
Artsax Respublikasının Müdafiə Ordusunun mövqelərindən monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi-səfir Ancey Kaspşik, onun sahə köməkçiləri Genadie Petrikan (Moldova) və Mixayil Olaru (Moldova) keçirib.
Təmas xəttində rəqib tərəfindən monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin sahə köməkçisi Ognen Yoviç (Bosniya və Herseqovina) və şəxsi köməkçisi Saymon Tiler (Böyük Britaniya) keçirib.
Monitorinq cədvələ uyğun keçib, amma Azərbaycan tərəfi ATƏT missiyasını öz ön dayaq mövqelərinə aparmayıb.
Artsax tərəfindən monitorinq missiyasını Artsax Respublikasının Xarici işlər nazirliyinin və Müdafiə nazirliyinin nümayəndələri müşayiət edib.