İctimaiyyət

Azərbaycanın bütün regionlarında təhlükəli xəstəlik yayılıb

Azərbaycanın bütün regionlarında brusellyoz xəstəliyinin yayılmasının rəsmi olaraq təsdiqlənməsi, ölkə əhalisi arasında bu xəstəliyə yoluxma ilə bağlı təşviş yaradıb. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi Nigar Səfi mətbuata açıqlamasında xəstə heyvanlarının sayının artmasını vaksinasiya olmamış heyvanların bazara çıxarılması ilə izah edib. Onun sözlərinə görə, əvvəllər xəstəliyə tutulmuş heyvanlar təsərrüfatlardan uzaqlaşdırılardı, indi isə fermerlər bunu etmirlər, son nəticədə də brusellyoz xəstəliyinin miqyası genişlənir.

Sputnik Azərbaycan-a bununla bağlı açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda heyvanlar arasında yoluxucu xəstəliklərin yayılması narahatedici faktdır․

Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev bildirir ki, insanlar hər yoldan ötəndən qatıq alıb yeməkdən çəkinsinlər. Baş epidemioloq hazırda insanlar arasında brusellyoz xəstəliyinə rast gəlindiyini söyləyib.

Qeyd edək ki, brusellyoz kənd təsərrüfatı və vəhşi heyvanların, eləcə də insanların xronik gedişli yoluxucu xəstəliyidir. Törədicisi Brusella cinsindən olan bakteriyalardır. Bunların məlum olan 6 növündən 4-ü kənd təsərrüfatı heyvanlarında xəstəlik törədir. İnsanlar üçün daha təhlükəli Brusella melitensis növü sayılır.

Daha çox göstər
Back to top button