BaşlıcaSiyasət

Azərbaycanın hərbi təyyarəsi qəzaya uğrayaraq Xəzər dənizinə düşüb

İyulun 24-də saat yerli vaxtla 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi bildirib.
Məlumatda deyilir ki, ilkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

Daha çox göstər
Back to top button