Beynəlxalq donor təşkilatlarla ER kənd təsərrüfatı sektorunun inkişaf istiqamətləri müzakirə edildi

ER İqtisadiyyat nazirinin müavini Artak Kamalyanın sədriliyi ilə stabil kənd təsərrüfatının inkişaf strategiyası sənədinin müzakirəsi keçirilib. Müzakirədə bir sıra maraqlı beynəlxalq təşkilatlar, fondlar, Ermənistan Milli Aqrar Universitetinin nümayəndələri və ekspertləri iştirak edib.
Sənədin hazırlanması işlərinə ER İqtisadiyyat Nazirliyinin nümayəndələri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bir sıra beynəlxalq ekspertləri, yerli ekspertlər və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən xüsusi olaraq dəvət edilmiş ekspertlər cəlb olundu.
Müzakirə ərzində strategiya sənədinin layihəsi təqdim olundu. Son aylarda hazırlanan sənəddə kənd təsərrüfatı sahəsində mövcud vəziyyətin inventarlaşdırılması, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, gələcək illər üçün hədəf göstəricilərinin və bunlara nail olma yollarının xaritəsi nəzərdə tutulur.