BaşlıcaSiyasət

ER və Gürcüstanın Xİ nazirləri münaqişələrin sülh yolu ilə həllini bir daha təsdiqləyiblər

Ermənistanın Xarici işlər naziri Zohrab Mnatsakanyan və Gürcüstan Xarici işlər naziri David Zalkalianın iyulun 24-ə olan görüşündə regional təhlükəsizliklə bağlı müxtəlif mövzularda fikir mübadiləsi aparılıb. ER Xarici İşlər nazirliyindən verilən  məlumata görə, Zohrab Mnatsakanyan gürcü həmkarı ilə görüşdən sonra mətbuata bu haqda açıqlama verərək sonrasa bəyanatla çıxış edib.

“Təəssüflər olsun  ki, bölgədə hələ də həll olunmamış münaqişələrimiz var. Biz münaqişələrin yalnız sülh yolu ilə həllinə sadiq olduğumuzu, habelə hər bir münaqişənin özünəməxsus xüsusiyyətlərə malik olduğunu və sülh yolu ilə həll edildiyi danışıqlar çərçivəsini bir daha təsdiq etdik.

Formalaşmış danışılar platformlarında və formalaşmış çərçivələrdə dinc nizamlanmanı dəstəkləməyi bir daha təstiq etdik”-deyə ER Xarici işlər naziri bildirib.

O, tərəflərin ikitərəfli münasibətlərin kifayət qədər yüksək dinamikasından məmnun olduqlarını vurğuladı. İki ölkənin ali rəhbərliyi daima təmasdadır və iki ölkənin xalqları naminə mövcud münasibətləri inkişaf etdirmək, regional əməkdaşlıq və təhlükəsizliyi möhkəmləndirmək əzmindədir.

Daha çox göstər
Back to top button