ER Xİ naziri Gürcüstanın Baş naziriylə görüşüb

Gürcüstana rəsmi səfəri çərçivəsində ER Xarici İşlər naziri Zohrab Mnatsakanyan Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşdü. Həmsöhbətlər Ermənistan-Gürcüstan ikitərəfli gündəliyində olan bir sıra məsələlərə toxunub, bundan sonra da fəal əməkdaşlığın iki qonşu və dost dövlətlər arasında bir sıra istiqamətlər üzrə əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə kömək edəcəyinə əminliklərini bilrimişlər.
Ticarət-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğu vurğulandı, bu əlaqələrin qarşılıqlı faydalı inkişafı üçün mövcud potensialın, o cümlədən yeni regional proqramların tanıdılması yolu ilə birgə səy göstərilməsinin zəruriliyi qeyd edildi. Zohrab Mnatsakanyan və Mamuka Baxtadze Ermənistan və Gürcüstan arasında beynəlxalq strukturlarda və digər hərtərəfli platformalarda qurulan səmərəli əməkdaşlığı müsbət qiymətləndirdi. Gürcüstanın Baş naziri və Ermənistanın Xarici işlər naziri bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi apararaq bölgədə sülhün və sabitliyin vacibliyini və bu istiqamətdə Ermənistan və Gürcüstan arasında gələcək əməkdaşlığın vacibliyini vurğuladılar.