İctimaiyyət
Moskva-Yerevan reysində hadisə

Moskvanın Şeremetyevo hava limanında “Nordwind” aviaşirkətininə məxsus Boeing 737 təyyarəsi Moskva-Yerevan marşrutu ilə uçuşa hazırlaşdığı zaman özü hərəkət edən trap laynerə çarpılıb . Bu barədə RBK məlumat verir.
“Nordwind” aviaşirkətinin Mətbuat xidtmətindən bildirilib ki, zərər gördüyündən sərnişinlər ehtiyat hava gəmisi ilə uçmalı olacaq. Aviareis təxminən 30 dəqiqə təxirə salınıb.
Ötən həftə də Moskva-Yerevcan reysində də qəza baş verib.İyulun 19-da baş verən hadisə zamanı təyyarənin göyərtəsində tüstülənmə barədə siqnal verildiyindən sərnişinlər hava trapı ilə təcili təxliyyə edilməli olub.