Talışda bir sıra obyektlər bərpa olunacaq

Artsax Respublikası Prezidenti Bako Sahakyan Talışda müxtəliv layihələrlə bağlı məsələlərə həsr olunmuş məsləhətləşmə keçirib.
Bu barədə AR Şəhərsalma Nazirliyinin Feysbuk həsabında məlumat yayılıb. Talışda bərpa işləri 3 il əvvəl aprel müharibəsindən sonra başladı.
Ümum-erməni “Ermənistan” fondu və Artsax hökuməti vasitələri ilə bir sıra obyektlər, o cümlədən məktəb, uşaq bağçası və tədbirlər evi yenidən inşa edildi.
Kəndin bərpasının 1-ci mərhələsində 18 ev bərpa olundu, cari ildə başlanmış 3-cü mərhələsində isə, 8 ev bərpa olunacaq və 10 ev tikiləcək. Bütün evlər müasir standartlara uyğunlaşdırılmışdır. Hər bir evin sığınacağı vardır.
“Gələcəkdə sakinlərin öz evlərinə qayıtma mərhələsi başlayacaq. Talışı yalnız talışlılar yaşada biləcəklər və Artsaxın şimal qapısını gücləndirə biləcəklər”,- məlumatda deyilir.