BaşlıcaSiyasət

ER TŞ katibi Artsax rəhbərliyi ilə strateji infrastrukturların inkişaf məsələsini müzakirə etdi

ER Təhlükəsizlik Şurasının katibi Armen Qrigoryan Artsaxın hərbi-siyasi rəhbərliyi ilə strateji infrastrukturların inkişaf məsələsini müzakirə etdi. Bu barədə Qrigoryan iyulun 26-da keçirilmiş mətbuat konfransında bildirib.

“Müzakirə etdiyimiz əsas məsələlərdən biri strateji infrastrukturların inkişafıdır, çünki bunlar olmadan təhlükəsizlik natamamdır və biz strateji infrastrukturları inkişaf etdirərək daha da yüksək səviyyəli təhlükəsizliyi təmin edə bilərik. Yeni strategiya barədə də danışdıq”,-deyə Qrigoryan qeyd edib.

Armen Qrigoryan 16-17 iyulda Stepanakertdə Artsax rəhbərliyi ilə görüşmüşdü.

Daha çox göstər
Back to top button