BaşlıcaEkonomika

Ermənistan “Dubay EXPO -2020” qlobal sərgisində iştirak edəcək

ER  Ekonomika naziri, Ermənistanın “Dubay Expo -2020” Ümumdünya sərgisindəki iştirakının  baş missioneri Tigran Xaçatryan və sərginin icraçı rəhbəri Nacib Al Ali bu gün Ermənistanın Ekonomika nazirliyində sərgidə Ermənistanın iştirakına dair saziş imzaladılar.

Tiqran Xaçatryan və Nacib Al Ali Ermənistanın sərgidə iştirakı ilə bağlı bir sıra təşkilati məsələləri müzakirə etdilər.

“Dubay Expo -2020” beynəlxalq sərgisi “Gələcəyin yaradıcısı,  Düşüncə birliyi” rəmzi altında keçiriləcək. O 20 oktyabr 2020-ci ildə başlayacaq və təxminən 6 ay davam edəcəkdir.

Sərgidə 192 ölkə iştirak edəcək. İştirakçı ölkələr öz mədəni irslərini, iqtisadiyyatlarını, xüsusilə investisiya və turizm potensialını təqdim edəcəklər.

Daha çox göstər
Back to top button