Siyasət

“Nəinki təyyarələr, başqa texnikalar da köhnədir” – Keçmiş zabit təyyarə qəzasından danışdı

Xəbər verdiyimiz kimi iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Hadisədən dərhal sonra isə, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi başlanılıb.

Ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl  Bizimyol.info-ya bildirib, ki ordunun arsenalında olan silahların köhnəlməsi bu kimi qəzaların riskini artırır və bu kimi məsələlər də ciddi araşdırılmalı, bu vəsaitin xalqın cibindən çıxması fərqə varılmalıdır:

“MİQ-29-tipli qırıcı təyyarələr 1980-ci ildən istehsala başlanılıb. Keçmişin modifikasiyasıdır. Ordumuzun arsenalında köhnə modifikasiyalar var. Azərbaycan ordusunun arsenalına da 90-cı illərin əvvəllərindən daxil olub. Burada təxribatdan daha çox texnikanın köhnəliyi məsələsi əsas faktordur. Dünyanın hər yerində pilotlar qəzaya uğraya bilir. Bunun səbbələri mütləq araşdırılmaldıır. Eyni zamanda bugünə qədər baş verən bütün hadisələr ciddi araşdırılmalıdır. Partlayış olmuş silah anbarı, silahların köhnəliyi, zirehli tankların köhnə olması, istehsalının köhnə olması, Rusiyadan və Ukraynadan alınmış, sıradan çıxmış, yenidən işlənmiş texnikaların arsenalımızda olması, hətta korrupsiya halları və digər bu tipli hadisələr araşdırılmalıdır. Bunların nəticəsidir ki, belə qəzalar baş verir.

Bu qırıcı təyyarənin qiyməti 22 milyon dollardır. Bu məsələlərə çox ciddi yanaşılmalıdır, səhlənkarlıq və təxribat məsələləri araşdırılmalıdır. Təxribat məsələsi inandırıcı görsənmir, daha çox texnikanın köhnəliyi məsələsi səbəb ola bilər qəzaya. Çox təəssüf ki, nəinki təyyarələ, başqa texnikalar da köhnədir. Sadəcə olaraq təyyarə bu silahların ən bahalısıdır. Pilot həlak olubsa çox pis, pilotun canı texnikadan daha qiymətlidir bizim üçün, yox əgər sağdırsa bu o deməkdir ki, dövlətimizin milyonları batdı. Bizim milyonlarımız yoxdur ki, qırıcılar alaq, vəziyyət gərgindir. Bu ciddi nəzarətdə olmalıdır. Təəssüflər olsun ki, orduda bu cür səhlənkarlıqlar baş alıb gedir. Heç kim bilmədi ki, Giləzi boyda silah anbarı niyə partladı, dağıldı. Dövlət onu bərpa etmək üçün nə qədər vəsait xərclədi və s. Ordu bilməlidir ki, onun itirdiyi hər bir manat bu xalqın cibindən, belindən, zəhmətindən, iqtisadiyyatından çıxır”.



Daha çox göstər
Back to top button