Zohrab Mnatsakanyan və Arçil Talakvadze regional sabitliyi və təhlükəsizliyi məsələlərindən danışıb

Gürcüstanda rəsmi səfərdə olan Xarici işlər naziri Zohrab Mnatsakanyan və başçılıq etdiyi nümayəndə heyəti Gürcüstan parlamentinin spikeri Arçil Talakvadze ilə görüşmüşlər.
Nazir Mnatsakanyan Ermənistan-Gürcüstan çoxəsrlik dostluq münasibətlərini daha da möhkəmləndirmək üçün Ermənistanın qərarlı olduğunu bir daha təsdiqləyib. Bu kontekstdə Zohrab Mnatsakanyan və Arçil Talakvadeze parlament diplomatiyasının Ermənistan və Gürcüstan qanunverici orqanları arasında qurulmuş səmərəli və təsirli bir platforma rolunu məmnuniyyətlə qeyd etdilər.
Həmsöhbətlər gürcü-erməni icmasının Gürcüstanın ictimai-siyasi həyatında olduğu kimi, eləcə də qonşu və dost xalqların və dövlətlərin yaxınlaşmasında mühüm rolunu xüsusiylə qeyd etdilər.
Zohrab Mnatsakanyan və Arçil Talakvadze regional sabitlik və təhlükəsizlik mövzularında fikir mübadiləsi apardılar. Ermənistan Xarici işlər naziri Ermənistanın Dağlıq Qarabağ sülh prosesində prinsipial mövqeyini və yanaşmalarını təqdim edərək, sülhün təşviqi üçün uyğun atmosferin yaradılmasının önəmliyini vurğuladı.