Siyasət

Artsax nümayəndə heyətinin Avstraliyaya işgüzar səfəri başladı

Artsax Respublikası Xarici İşlər naziri Masis Mayilyanın başçılıq etdiyi nümayəndə heyətinin Avstraliyaya işgüzar səfəri başladı. Artsax XİN-nin məlumatına görə, nümayəndə heyəti Erməni Apostol Kilsəsinin Avstraliya və Yeni Zelandiya Yeparxiyasının rəhbəri T. Haykazun arxiyepiskop Nacaryanla görüşüb.

Eyni gündə Sidneydəki Erməni Mədəni Mərkəzində nümayəndə heyətinin üzvləri erməni gənclər təşkilatlarının nümayəndələri ilə görüşdülər. Görüşdə Masis Mayilyan Artsaxda müstəqil və demokratik dövlətqurma prosesində qeyd olunmuş nailiyyətləri təqdim edib. O bu kontekstdə erməni diasporasının ikinci erməni dövlətinin inkişafına yönəlmiş layihənin həyata keçirməsinə olan töhfəsinə əhəmiyyət verib.

Görüşdə Artsaxın beynəlxalq tanınma və Azərbaycan-Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesinə  də toxunuldu.

Daha çox göstər
Back to top button