İctimaiyyət

ReAL Partiyasının Məclis sədri yenə sərhəddə problemlə üzləşib

İyulun 28-də günortaya yaxın ReAL Partiyasının Məclis sədri Azər Qasımlı Azərbaycan-Gürcüstan sərhədində yenidən problemlə üzləşdiyini açıqlayıb.

ReAL Partiyası Məclisinin sədrinin deməsinə görə, yenə Gürcüstana keçmək istəyib və onu təkrar buraxmayıblar. Azər Qasımlının bildirməsinə görə, ona yenə deyiblər ki, DTX ölkədən çıxışına qadağa qoyub.

ReAl Partiyası Məclisinin sədrinin qeyd etməsinə görə, məhkəmə hökmünü göstərsə də, ona cavab veriblər ki, qərar prokurorluğun qadağasının götürülməsi barədədir, DTX-nın yox.

İyulun 28-də günorta Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı bildirib ki, sərhəddə yaranan problem, artıq aradan qalxıb. “Azər Qasımlı artıq Gürcüstandadır, heç bir problem yoxdur”, deyə o vurğulayıb.

Daha çox göstər
Back to top button