İctimaiyyət

Azad Həsənovun azadlığı tələb edilib

Bu gün, iyulun 29-da Bakıda Müsavat Partiyasının həbsdə olan üzvü Azad Həsənova azadlıq tələbi ilə aksiya keçirilib. 10 nəfərə yaxın aksiya iştirakçısı əllərində A.Həsənovun şəkillərini tutaraq, «Azad Həsənova azadlıq!», «Siyasi məhbuslara azadlıq!» və «İstefa» şüarları səsləndiriblər.

Ermənistanın İctimai Radiyosu “Azadlıq.org”-a istinadənh xəbər verir ki, şüarların səslənməsindən təxminən 10 dəqiqədən sonra əraziyə cəlb edilən polis qüvvələri aksiya iştirakçılarının əlindən şəkilləri alaraq, onları dağıdıblar.

Müsavat Partiyasının Gənclər Komitəsinin sədri Elman Quliyevin, partiyanın üzvlərindən Əlikram Xurşudovun, Tahir Axundovun və daha bir neçə şəxsin saxlanaraq, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparıldıqları bildirilir.

Daha çox göstər
Back to top button