Siyasət

G. Balayan: “Silahlı Qüvvələrimiz rəqibin hərəkətlərinə layiqli cavab verib”

Son günlərdə Ermənsitan-Azərbaycan sərhədindəki gərginlik hər iki tərəfdə aparılan mühandis işləri ilə bağlıdır.

Bunu jurnalistlərə açıqlamasında ER müdafiə nazirinin müavini Gabriel Balayan qeyd etdi.
“Son günlərdə Ermənistan sərhədində gərginlik var, təəssüf ki bir hərbi qulluqçumuz həlak oldu, yaralımız da var, lakin silahlı qüvvələrimiz rəqibin hərəkətlərinə layiqli cavab verib”- deyə nazir müavini deyib.

Müdafiə nazir müavini vurğulayıb ki, gərginliyinin səbəbi hər iki tərəfdə aparılan mühandis işləridir.
“Biz bildirdik ki, hal-hazırda hər iki tərəfdə mühəndis işləri aparılır, biz mövqelərimizi, rəqib isə mövqelərini gücləndirir. Hər hansı bir irəliləmə təcrübəsinin qarşısnı alırıq”- deyə Balayan qeyd etdi.
Onun sözlərinə görə, erməni tərəfi xidməti rəqibin mövqe üstünlüyü əldə edə bilməyəcəyi şəkildə həyata keçirir

Daha çox göstər
Back to top button