İctimaiyyət

Həbsdə olan jurnalistin səhhətində problem yaranıb

 İyunun 13-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunan xeberman.com saytın redaktoru Polad Aslanovun səhhətində problemlər yaranıb.

Aslanova qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsilə cinayət işi qaldırılıb. İyunun 14-də Səbail Rayon Məhkəməsində Aslanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Polad Aslanovun yoldaşı Gülmirə Aslanova AzadlıqRadiosuna bildirib ki, ərinin səhhəti ilə bağlı problemlər barədə ona özü 1 saat davam edən görüş zamanı bildirib. “Polad Aslanov ürək-damar xəstəsidir. Hal-hazırda ürəyinin ağrıları dayanmır. O həkim tələb edəndən sonra gəlib müayinə edirlər, lakin” heç nə yoxdur” deyib gedirlər. Amma Polad ürəyinin ağrısından nə qidalana,nə də yata bilir, getdikcə çəki itirir”.

Gülmirə Aslanova qeyd edib ki, yoldaşının həbsi qeyri qanunidir və jurnalist fəaliyyəti ilə bağlıdır. “Polad Aslanov yazıları ilə DTX-nin əməkdaşlarının korrupsiya,monopoliya əməllərini ifşa edib. İndi isə ondan qisas alınır” .

Aslanovanın vurğulamasına görə, jurnalistin özü qeyri-qanuni həbsi ilə bağlı Baş Prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciətlər edib. Müraciətlərə hələ ki, cavab yoxdur.

Daha çox göstər
Back to top button