İctimaiyyət
Məşhur vəkil Benjamin Ferents “Aurora”mükafatına qoşulur

Dünyaca məşhur sülh və insan hüququları fəalı Benjamin Ferents fəxri həmsədr olaraq “Aurora” Mükafatının Seçki Komissiyasına qoşulub. Məşhur vəkil uzun illər beynəlxalq hüququn aliliyi uğrunda mübarizə etdi, indi isə dünyada “Aurora” mükafatının səfiri olacaq.
Benjamin Ferents beynəlxalq vəkil və insan haqları müdafiəçisidir. O İkinci Dünya Müharibəsində nasistlərin töretdiyi cinayətlərin araşdırmaçılarından biridir və Nürnberq prosesində ABŞ silahlı qüvvələrini təmsil edən baş prukuror idi.
Həyat boyu insan hüquqları və ümumdünya sülh üçün mübarizə aparıb.
“Aurora” mükafatının seçki komissiyasında üç Nöbel mükafatı, keçmiş dövlət başçıları, yüksək vəzifəli diplomatlar, beynəlxalq ictimaiyyətin digər nüfuzlu şəxslər var.