İctimaiyyət
Gununsesi.org saytının redaktorunu xaricə buraxmayıblar

Bu gün Gununsesi.org saytının redaktoru Pərviz Həşimli Xaçmaz rayonunun Xanoba sərhəd-buraxılış məntəqəsindən buraxılmayıb. Bu barədə Turan-a P.Həşimli özü bildirib.
Xatırladaq ki, P.Həşimli 2018-ci il Gəncə hadisələri ilə əlaqədar yazılara görə Bakı Şəhər Prokurorluğunda dindirilib. Bundan sonra onun xaricə səfərinə qadağa qoyulub.
2 ay öncə qadağanın götürülməsilə bağlı baş prokurora müraciət edib.
P.Həşimli 2013-cü ilin sentyabrında qanunsuz silah alveri ittihamı ilə həbs edilmişdi. Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınmışdı. 2016-cı ilin martında əfv edilib.