İctimaiyyət

Neftçalada mərhum müxalifətçinin anım gününü keçirməyə imkan verilməyib

Neftçala rayonunda polis AXCP fəalı, mərhum Elnur Fərəcovun anım gününü keçirməyi qadağan edib. O, ötən ilin mayında həbsdən azad edildikdən bir neçə həftə sonra vəfat edib.

İyulun 30-da valideynləri E.Fərəcovun doğum günü ilə əlaqədar anım mərasimi keçirmək üçün istəyiblər.

Lakin onun atası Hüseyn Fərəcov iyulun 29-da rayon polis şöbəsinə çağırılıb. Ona anım gününün keçirilməsinin yolverilməzliyi barədə xəbərdarlıq edilib, AXCP-dən Turan-a bildiriblər.

Polisdə deyiblər ki, yalnız ailə üzvləri məhrumun məzarını ziyarət edə bilər. Polisdə qadağanı tədbirin “siyasi xarakter” ala bilməsi ilə əlaqələndiriblər.

E.Fərəcov 2016-cı ilin dekabrında narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 3 il azadlıqdan məhrum edilmişdi. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanımışdılar.

Həbsdə ikən onda onkoloji xəstəlik əmələ gəlib. Ağır xəstə olan E.Fərəcov 2018-ci ilin mayında əfv edilib, avqustun 9-da isə vəfat edib.

Daha çox göstər
Back to top button