İctimaiyyət
Əliabbas Rüstəmov aclığı davam etdirir

İyulun 30-da vəkil Elçin Sadıqov 10 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirən hüquq müdafiəçisi Əliabbas Rüstəmova baş çəkib. O, azad edilməsi tələbilə iyulun 25-dən aclıq edir.
Rüstəmov aclığı dayandırmaqdan imtina edib və aksiyanı davam etdirmək niyyətindədir, deyə vəkil qeyd edib.
Avqustun 7-də Ali Məhkəmənin Rüstəmovun vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında iş üzrə iclası təyin edilib. Bundan əvvəl aşağı məhkəmə instansiyaları onu azad etməkdən imtina edib.