BaşlıcaBeynəlxalq

Զ. Mnatsakanyan: “Bir cəmiyyət olaraq inkişaf yolumuz demokratiyanı gücləndirməkdir”

İyulun 19-da ER  Xarici işlər naziri Zohrab Mnatsakanyan Vaşinqtonda  Birləşmiş Ştatların “Alman Marşalı” Fondunun işçisi Conatan Katz ilə görüşərək, 2018-ci ildə Məxməri inqilabdan sonra Ermənistanın xarici siyasət önəmliklərini müzakirə  etmişdir.Mnatsakanyan, Avropa və ABŞ ilə münasibətlərdə irəliləyiş olduğunu vurğulayıb həmçinin   bir neçə sualı cavablandırıb.

Müsahibə bu günlərdə   dərc olunub.

Sual olunub ki, 2018-ci ildə Məxməri inqlabın Ermənistanın xarici siyasətçiliyi gündəmi  üzərinə,  xüsusən ən  böyük  müttəfiqləri olan Rusiya, ABŞ və AB-ə təsiri hansıdır?

Mnatsakanyan cavab verib: “Bizim qarşımızda daha mühüm mübarizə və mühüm önəmlik dəqiqləşdirmək idi.Məxməri inqlab Ermənistana aid idi və bu olduqca ciddi daxili məsələ olub. Ermənistanda məhz ermənilər üçün istiqamətlənmiş  ictimai institutlar,demokratik institutlarının birləşməsi bizim təkamülümüz olub.  Bizim ön məsələmiz evolusiyamızı demokrtiya istiqamətində möhkəmləndirmək olub.

Ermənistan Respublikasının xarici siyasəti ən böyük tərəfdaşlarımız olan Rusiya, Avropa Birliyi və ABŞ vasitəsilə milli təhlükəsizlik konsepsiyasını birləşdirmək naminə çox diqqətlə qurulmuşdur”.

Rusiya ilə ABŞ arasındakı gərginliyin azaldılması məsələsinə  və həmin məsələdə  Ermənistanın mümkün roluna gəlincə, Mnatsakanyan bildirib ki, Ermənistan gərginliyin azaldılması prosesində maraqlıdır və bu məsələyə öz töhfəsini verə bilər, bütün bunlarsa  regionda sülh və sabitliyin  qəyyumlaşmasına  yardım edəcəkdir.

Daha çox göstər
Back to top button