Təhlil

Ekspert: Azərbaycandan böyük pulları böyük holdinqlər çıxarır

Son illər Azərbaycanın adı tez-tez milyardlarla dollar çirkli pulların yuyulmasında, ölkədən pulların qeyri-qanuni çıxarılmasında hallanır. Özü də bu cür hallar tək bəynəlxalq təşkilatların hesabatlarında deyil, Azərbaycanda gedən məhkəmə işlərində də vurğulanır.

Elə bu günlərdə Mərkəzi Bankın sədri Elman Rüstəmov da “Marja” saytına müsahibəsində ölkədən çıxarılan pullardan danışıb. O deyib ki, mal almaq adı ilə xaricə 4-5 milyard dollar köçürülürdü. Elman Rüstəmov bu halların nə zaman olduğunu bildirmir, amma vurğulayır ki, 2016-cı ildə antiböhran tədbiri kimi yeni qaydalar qəbul olunandan sonra vəsaitləri ölkəyə qaytarmaq mümkün olub․

Amma bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, İnzibati Xətalar Məcəlləsindəki bu tələb Rusiya qanunvericiliyindən olduğu kimi köçürülüb. Lakin Rusiyanın İnzibati Xətalar Məcəlləsində müəyyən edilən müddət dedikdə tərəflər arasında bağlanan müqavilədəki müddət nəzərdə tulur. Yoxsa, Azərbaycandakı kimi hər kəs üçün 270 gün tələbi yoxdur. Onun sözlərinə görə, belə bir tələb qanuni fəaliyyət göstərən sahibkarlara ciddi problemlər yaradıb. O bildirir ki, son 3 ildə bununla bağlı təkcə o özü 8 nəfərin işində məhkəmədə müdafiəçi olub:

Ekspert Əkrəm Həsənov bildirir ki, son illər qəbul olunan qaydalar əslində ölkədən pul çıxaranlara deyil, birbaşa real sahibkara yönəlib. Bu qaydaların tətbiqi qanuni işləyən sahibkarı da, qeyri-qanuni yollardan istifadəyə məcbur edir.

İqtisadçı ekspert, millət vəkili Nazim Bəydəmirli deyir ki, devalvasiyadan sonra bəzi nazirlər dəyişəndən sonra hökumət bu məsələnin üstünə daha ciddi düşdü. Onun fikrincə, görünür ki, bəzi oliqarxlar təhlükəni görüb, pullarını ölkədən çıxarmağa can atıblar:

Londonda mənzilənən “Tax Justice Network” qeyri-kommersiya təşkilatı Azərbaycan vətəndaşlarının offşor zonalarda 48 milyard dollar vəsaitinin olduğu hesablayıb. Hesabat 1993-cü ildən 2012-ci ilədək olan dövrü əhatə edir.

Son ən səs küylü araşdırma isə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma layihəsi, OCCRP-nin 2017-ci ildə yaydığı “Azərbaycanın Pulyuyan maşını” adlı araşdırma olub. Həmin araşdırmada qeyd olunur ki, 2012-2014-cü illərdə Azərbaycandan 2,9 milyard dollar pul çıxarılıb.

Ölkədən pul çıxaranlar arasında Azərbaycanın yüksək vəzifəli şəxslərinə bağlı şirkətlər, oliqarxlar var. Bəzi hallarda isə milyonlarla dollarlıq əməliyyatları aparan şəxslər sadə vətəndaşlar olub, onlar araşdırma müəlliflərinə etiraf ediblər ki, heç nədən xəbərləri olmayıb, sadəcə müəyyən sənədlərə imza atıblar.

Daha çox göstər
Back to top button
Close