İctimaiyyət

Gürcüstanda azərbaycanlı narkotik alverçiləri saxlanılıb

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Tbilisi yaxınlığındakı Poniçala kəndi və Marneuli rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən dörd nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər mütəmadi olaraq müxtəlif növ narkotik vasitələr satıb. Onların yaşadıqları evlərdə axtarış zamanı narkotik vasitələr müsadirə olunub.

Saxlanılan şəxsləri 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. 

Daha çox göstər
Back to top button