ArtsaxBaşlıca

M. Mailyan Avstraliya Senatının Xarici əlaqələr komitəsinin sədri ilə görüşüb

Avstraliyada işgüzar səfərdə olan Artsax Respublikasının nümayəndə heyəti Avstraliya Senatının Xarici əlaqələr komitəsinin sədri, hakim Avstraliya Liberal Partiyasının üzvü Erik Abets ilə görüşüb.

Artsax Respublikasının Xarici işlər nazirliyinin verdiyi məlumata görə, nümayəndə heyətinin rəhbəri Xarici işlər naziri Masis Mayilyan Senator Abetsin Erməni Soyqırımını tanımaq səylərini yüksək qiymətləndirdi, cinayətləri pisləmək və təkrarlanmasının qarşısını almaq baxımından tutarlı mövqeyini vurğuladı.

Masis Mayilyan həmsöhbətinə Azərbaycan-Qarabağ münaqişəsinin tarixi, habelə münaqişənin sülh yolu ilə həlli prosesinin hazırkı mərhələsini və Artsax hakimiyyətinin bölgədə davamlı və sülhün bərqərar olması ilə bağlı mövqeyi barədə məlumat verdi. Xarici işlər naziri, həmçinin Artsaxda müstəqil və demokratik dövlətçiliyin qurulmasının nailiyyətləri və perspektivləri, xarici əlaqələrin müxtəlif səviyyələrdə qazanılan uğurları və perspektivləri barədə də danışdı.

Bu  kontekstdə nazir Masis Mayilyan, parlament diplomatiyası səviyyəsiylə müxtəlif ölkələr ilə təsqtiqlənən münasibətləri mühüm saymaqla yanaşl həm də, Artsaxın və onun xalqının qanuni istəkləri və ölkədə baş verən demokratik proseslər haqqında xaricdə məlumatlandırma imkanı verən parlament diplomatiyası səviyyəsində parlament ölkələri ilə qurulan əlaqələrə böyük əhəmiyyət verdi.

Daha çox göstər
Back to top button