Siyasət

Z. Mnatsakanyan: “Ermənistan-Aİ sazişi Aİ ilə artan siyasi, iqtisadi dialoqu gücləndirir”

Ermənistan Respublikası və Avropa Birliyi arasında Hərtərəfli və genişləndirilmiş əməkdaşlıq üzrə sazişin  qüvvəyə minməsi məsələsi daha çox texniki məsələdir. Bu barədə Marşal fondunun  baş tədqiqatçı  Jonatan Katsinə müsahibəsində ER XİN başçısı  bildirdidi.

“Bu vacib saziş Aİ ilə artan siyasi, iqtisadi dialoqu və tərəfdaşlığı gücləndirir. Hərtərfli və genişləndirilməiş tərəfdaşlıq üzrə sazişin tam qüvvəyə minmə məsələsi daha çox texniki məsələdir, praktik olaraq həyata keçirilir, çünki müvəqqəti tətdbiqi mexanizimiz var. Əslində, mövcud müddəalarının 80% -i artıq həyata keçilir.Biz  tətbiq yol xəritəsini razılaşdırdıq və artıq həyata keçirilməkdədir”- deyə ER XİN  başçısı deyib.

Mnatsakanyan qeyd etdi ki, bu saziş Ermənistan Avropa Birliyi ilə əməkdaşlığını davam etdirməsi və erməni xalqının xeyyrinə addım atması istiqamətində yeni hüquqi əsasdır. “Hərtərəfli və genişləndirilmiş əməkdaşlıq üzrə saziş çox sektorlu sənəddir. O, nəqliyyat, enerji, ətraf mühiti, ticarət, mədəniyyət, təhsil və digər səhələri əhatə edən bir hərtərfli sazişdir. Saziş Ermənistanla AB arasında hüquqi bazanın yaxınlaşdırılmasını, eləcə də ticarət və investisiyalarının təşviqini nəzərdə tutur. Beləliklə, Hərtərəfli və genişləndirilmiş əmədaşlıq üzrə sazişi dövlətimizin inkişafına töhfə verməli olan  normativ və ya standart tənziləmələrimizin yaxşılaşdırılması üçün bir vasitədir”-deyə nazir qeyd etdi.

Daha çox göstər
Back to top button