BaşlıcaSiyasət

Bedrix Kobetsk: “Çexiya Ermənistan ilə müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazırdır”

Ermənistan və Çexiya arasında mövcud yüksək səviyyəli siyasi əlaqələrə uyğun olaraq, müdafiə sahəsində, o cümlədən hərbi-texniki sahədə də səmərəli əməkdaşlıq formalaşıb. Bu haqda ER Müdafiə naziri David Tonoyan Çexiyanın Ermənistandakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bedrix Kopetski ilə görüşündə bildirib.

Ermənistan Müdafiə nazirliyindən verilən məlumata görə, bu ilin aprel ayından Yerevanda iki dövlətlərin Müdafiə nazirləri tərəfindən hərbi-texniki sahədə əməkdaşlıq haqqında saziş imzalanandan sonra qarşılıqlı əməkdaşlıq sahələrində genişlənmə üçün böyük potensialın olduğu vurğulandı.

Səfir Kopetski Çexiya tərəfinin iki ölkənin Müdafiə nazirləri arasında əldə olunan razılaşmalar çərçivəsində əməkdaşlığı inkişaf etdirməyi davam edəcəyinə əmin olduğunu  bildirib.

Görüş ərzində  regional təhlükəsizliyilə bağlı məsələlər də müzakirə  edilib.

Daha çox göstər
Back to top button