İctimaiyyət
Rusiya ərazisində iki Azərbaycan saytı bloklandı

Vzglyad.az informasiya agentliyinin saytı Rusiya ərazisində bloklandı. Sayt bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə müraciyyət etdi.
XİN-dən məsələ ilə bağlı deyiblər ki, Media.az xəbər saytı da Rusiya ərazisində bloklandı.
Azərbaycanın Rusiyadakı səfirliyindən isə, qeyd etdilər ki, bu cür insident keçən ildə də yaşanmışdı və o vaxt Rusiya ərazisində Haqqin.az saytı bloklanmışdı.
XİN-dən həmçinin deyiblər ki, bu bloklamaların səbəbi məlum deyildir.