İctimaiyyət

Vəkil hökumətin AİHM-də qazanılmış işlər üzrə kompensasiya ödəməməsindən gileylənir

Vəkil Əsabəli Mustafayevə Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarları üzrə vəkil xərcləri hakimiyyət tərəfindən ödənilmir.

Vəkilin sözlərinə görə, bu hal artıq bir neçə ildir baş verir. “Hətta ərizəçilərin özlərinə kompensasiya ödənilsə də, qərarda nəzərdə tutulmuş vəkil xərci mənə ödənilmir”.

Vəkil qeyd edib ki, məsələ ilə bağlı Azərbaycanın AİHM yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərova sorğu göndərsə də, hələ ki, sorğuya cavab yoxdur. “Gələn həftə cavab gəlməsə, məhkəməyə üz tutacağam. Bəlkə orada məsələyə aydınlıq gətirmək mümkün oldu”.

Mustafayev əlavə edib ki, ərizəçilərə AİHM qərarları üzrə təyin edilmiş kompensasiyaların ödənilməməsi ilə bağlı da sorğular göndəriləcək və məhkəmələrə müraciət ediləcək.

Daha çox göstər
Back to top button