Azərbaycan uşaq bağçalarında rüşvət problemi

“Oxu.az” saytında “Bağçalarda rüşvət problemi: bir uşaq üçün 300 manat tələb edilir? – açıqlama” sərlövhəli məqalə oxumaq olar.
Müəllif uşaqların bağça ilə tam təmin olunmamalarının səbəblərini ekspert Kamran Əsədovla müzakirə edir.
Müəllifə görə, bu sahədə problemlər var, belə ki, uşaq bağçalarında yer çatışmazlığı valideynlərin tez-tez üzləşdiyi problemdir, buna səbəb bağçaların azlığı uşaqların sayının isə çox olmasıdır və bu hal Bakı ilə yanaşı, digər şəhər və rayonlarda da müşahidə olunur: “Valideynlər iddia edirlər ki, paytaxt rayonlarında yerləşən bağçaların müdirləri onların uşaqlarını yerləşdirmək üçün 300 manat pul tələb edir”, deyə müəllif daha bir problem olduğunu göstərir.
Müəllif Bakının ayrı-ayrı yaşayış məntəqələrindəki bağçalarda valideynlərin belə problemlə üzləşmələrinə dair halları göstərir.
Müəllifin deməsinə görə, təhsil sahəsi üzrə ekspert Kamran Əsədov da dövlət bağçalarında uşaq qəbulu zamanı neqativ halların müşahidə olunduğunu deyir: “Bağça direktorları valideynlərə qarşı əsassız tələblər irəli sürürlər, müəyyən vəsait tələb edirlər. Bu da əlbəttə ki, yolverilməzdir”.
K.Əsədov deyir ki, azyaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər dünyanın aparıcı dövlətləri ilə müqayisədə çox aşağıdır: “Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların cəmi 25 faizi məktəbə bağçalardan gəlir. Maddi-texniki baza, binalar bəs etmir ki, digər uşaqlar da bağçalara cəlb olunsun”.
Ekspertə görə, daha çox uşağı əhatə edə bilmək üçün bu sahəyə kifayət qədər vəsait ayrılmalı, özəl bağçaların şəbəkəsi genişləndirilməli, bağçalar standartlara uyğunlaşdırmalıdırlar: “Bəzi vaxtlar özəlləşdirilən bağçalar məktəbəqədər müəssisə kimi fəaliyyət göstərmir. Normativlər – uşaq bağçasının quruluşu, işləmə metodu, idarə edilməsi – hələ dünya standarlarına cavab vermir”.
K.Əsədov deyir ki, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin quruluşu ilə bağlı normativlər sovet dövrünün normativləri əsasında hazırlanıb, bu da müasir normativlərlə uyğunlaşmır”.
Ekspert hesab edir ki,bağçalar Təhsil Nazirliyinə qaytarılmalı, idarəçiliyi üçün ayrıca bir komitə yaradılmalıdır və bu, həm də tədris vahidliyinin qorunması üçün labüddür”.
K.Əsədov deyir ki, ki, son dövrlərdə uşaq bağçalarında qidadan zəhərlənmə halları artıb, üstəlik uşaqlara qida menyüsü də yetərli sayılmaz və səbəb də budur ki, hazırda uşaq bağçalarında qidalanma tamamilə aşağı səviyyədədir, həm də bağçalara yemək paylanması məsələsinə də ictimai nəzarət yoxdur.