İctimaiyyət

Fərman Ceyranlı 6 il həbsdə oturacaq

Avqustun 2-də Gürcüstan Ali Məhkəməsi tanınmış cərrah Fərman Ceyranlının azadlıqdan məhrumetmə cəzasının azaldılması ilə bağlı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib. Bu barədə Azərbaycan Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Facebook səhifəsində yazıb.

Onu sözlərinə görə, Ali Məhkəmə bu “rüsvayçı” qərarı öz təşəbbüsü ilə, yəni Gürcüstan prokurorluğunun müraciəti olmadan qəbul edib.

Qeyd edək ki, 2018-ci ilin fevralında F.Ceyranlı 6 il azadlıqdan məhrum edilib, ancaq həmin ilin dekabrında Gürcüstan Apellyasiya Məhkəməsi bu müddəti 2 il 3 ayadək azaldıb və 2019-cu ilin avqustunda o, azadlığa çıxmalı idi.

F.Ceyranlı məhkəmədə bildirib ki, siyasi sifariş ilə həbs olunub. Hökümətyönlü mətbuatda F.Ceyranlı Azərbaycan müxalifətinin qanunsuz maliyyələşdirilməsində ittiham edilib və məhz bu, onun təqib olunmasına səbəb olub, cərrahın yaxınları belə hesab edirlər.

Daha çox göstər
Back to top button