İctimaiyyət

Azərbaycanda baş nazirin müavini YAP-ı müxalifətə qarşı birləşməyə çağırıb

Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov gözlənilməyən bəyanat verərək, müxalifəti “lənətlənmiş beşinci kolon” adlandırıb, partiya üzvlərini “daha sıx birləşməyə” çağırıb.

O, müxalifəti “xarici qüvvələrin tapşırıqları əsasında” Azərbaycana qarşı şər, böhtan, yalan üzərində qurulmuş total kampaniyaya başlamaqda ittiham edib. “Məqsəd ölkəmizin davamlı inkişafı yolunda əngəl yaratmaq, insanların rifahının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin müsbət təsirini azaltmaq, Azərbaycanın imicinin üzərinə kölgə salmaqdan ibarətdir”, deyə Əhmədov öz Facebook səhifəsində yazır.

Amma Əhmədov bu müraciətə səbəb olan konkret səbəb və fakt göstərmir. O, həmçinin müxalifət tərəfindən hər hansı “böhtan” nümunəsi göstərmir.

Onun nəşrinin Rusiyada hökumətə qarşı etirazların güclənməsi və onların Azərbaycana da yayılması perspektivi ilə əlaqədar hakim elitadakı narahatçılığın ifadəsi olduğu istisna deyil.

Daha çox göstər
Back to top button