BaşlıcaVideo

Azərbaycanlıların Ermənistandakı qəbiristanlıqları

Allahverdiyeva Bəyaz Balaəfəndi qızı, Ayşə İdris qızı Həsənova, Ayşa Qurban qızı Osmanova… bunlar Geğarkunik vilayətinin Kalavan və Barepaşt  kəndlərində dəfn edilmiş azərbaycanlıların məzar daşlarıdır. Qəbiristanlıqlar  azərbayanlıların Ermənistanda yaşayarkən olduğu kimi qorunub saxlanılıb.

Bu kəndlərin sakinlərinin hətta qəbiristanlığa ziyan vurmaq niyyəti olmamışdır. Şamxordan Kalavana gəlmiş  Hersik Arzumanyan deyir ki, məzarın məhv edilməsi vandalizmdir, dəfn edilmişlərin soyu heç də vacib deyil…

“Biz 1988-ci ildə gəlmişik. Onların məzarlarına hətta barmaqla toxunmamışıq. Ölən adamın günahı nədir ki, gəlib məzar daşını, qəbirstanlığı viranəliyə çevirsən. Amma onlar bizim məzarlarımızı dağıdıb yerlə yeksan etmişlər”.

1988-ci ildə Azərbaycanın Barumbasu kəndindən Kalavana gəlmiş, indi Kalavanın kənd bələdiyyəsinin işçisi  Goharik Ağacanyan azərbaycanlı tanışlarından eşidib ki, ermənilərin qəbiristanlıqlarını dağıdıblar, eyni yerdə də bəzi binalar inşa ediblər.

“Bizim yaşadığımız yerdə Bambarsu kəndində, azərbaycanlı yaşayırdı. Ər azərbaycanlı, arvad isə erməniydi. Onlar Rusiyaya köçdü, bununla belə kəndimizin oğlanlarıyla əlaqə saxladılar. Xahiş etmişdik ki, onlar öz valideynlərini zayarət edərkən bizim məzarlarımızın  fotosunu çəksin. Lakin qəbiristanlıqlar tamamilə dağıdıb, yerlə yeksan edilərək yerində bina inşa etmişlər.  Biz onların qəbiristanlıqları bax beləcə qoruyub saxlamışıq.  Altında qəbiristanlığın olduğunu bilərək onun üstündə bina tikə bilmərik, azərbaycanlılar isə  bizim qəbiristanlıqlarımızı dağıdıb yerində bina tikmişlər”.

Azərbaycanlılar da hər hansı bir vasitəylə  öz qəbiristanlıqları barədə  məlumat almağa çalışır. Kalavanın sakinləri deyir ki, fərqli illərdə  kəndin ərazisində yadellilər görmüşlər. Onlar  qəbiristanlıqların yerini soruşublar, amma yerlilər onların  kim olduğunu, nə məqsədilə gəldiyni bilməyincə qəbiristanlıqların ətrafına buraxmırlar.

“Üç il əvvəl turistlər gəldilər. Onlardan bəziləri Azərbaycandan Türkiyəyə gedib və Türkiyə pasportunu alaraq Ermənistana gəlib. Bir neçə qadınlarla söhbət etdik və onlar dedilər ki, azərbaycanlıdılar. Amma biz onlar üçün yaxşılıqdan başqa  heç nə etmədik. Onlar qəbiristanlığı ziyarət etdilər. Hər halda, görmüşük ki, turistlər qəbiristanlığa gəlib gedirlər”.

Kalavanın sakinləri atalarının məzarlarını görməyə gələn azərbaycanlılara zidd deyildir. Onlar təəssüflə deyirlər: kaş qohumlarımızın  məzarları da saxlanılsaydı, bir gün  gedə bilsəydik, onların xatirəsini yad edə bilsəydik…

Daha çox göstər
Back to top button
Close