BaşlıcaSiyasət

BMT-nin TŞ diqqəti Azərbaycan tərəfindən DQ və ER sakinlərinin hədəflənməsi üzərinə cəmləşib

Avqustun 2-də BMT Təhlükəsizlik Şurasıda “Uşaqlar və silahlı münaqişəə” mövzusuyla  görüş keçirilib. Görüşdə   ER  Daimi nümayəndə Mher Markaryan çıxış edib. ER XİN informasiya və  diplomatiya idarəsindən  verilən məlumata görə, Polşanın Xİ naziri Yatsek  Çaputoviçin əşəbbüssüylə  TŞ iclasında 80 üzv ölkələrdən  nümayəndələr iştirak edib.

UNICEF-in Uşaqlar və Silahlı münaqişələr üzrə Xüsusi Nümayəndəsi Vercinia Gamba və BMT-nin  Uşaqlar Fondunun İcraçı direktoru Henrieta For münaqişə vəziyyətində uşaqların müdafiəsinin aktual problemləri barədə məruzələrlə çıxış etmişlər. Öz növbəsində  Mher Markaryan çıxışında Ermənistan üçün uşaq hüquqlarının qorunmasının önəmliklərini vurğulayaraq, Ermənistan Respublikasının sərhəd bölgələrində yerləşən ümumi təhsil müəssisələrinin təhlükəsizliyini təmin etmək üçün atdığı addımları, o cümlədən Beynəlxalq  Qızıl Xaç Komitəsinin yardımıyla   sığınacaqların yaradılması ilə yanaşı təhlükəsiz evlərin qurulması məsələsini  də təqdim etdi. Mher Margaryan Təhlükəsizlik Şurasının diqqətini Azərbaycanın Dağlıq Qarabağ və Ermənistanın sərhəd bölgələrində mülki şəxsləri və infrastrukturları qəsdən hədəfə almasına, dinc sakinlər və uşaqlar arasında itki və xəsarət almasına diqqəti  cəlb etdi. Atəşkəs istintaqı mexanizminin yaradılması, mülki şəxslərə, o cümlədən uşaqlara atəşkəsin yaratdığı təhlükələri azaltmağa imkan verəcəyini və bunun qoyuluşundan imtina etməkdə heç bir əsaslandırıcı, doğrultmanın  olmadığını vurğuladı.

ER Daimi nümayəndəsi, eyni zamanda, uşaqların müdafiəsini təmin etmək üçün vacib olan humanitar təşkilatların münaqişə bölgələrinə sərbəst və maneəsiz girişinə də əhəmiyyət verdiyini  bildirdi.

Daha çox göstər
Back to top button