BaşlıcaEkonomika

AİB Ermənistanda yaşıl enerji layihələrində iştirak etməyə hazırdır

Avrasiya İnkişaf Bankı Ermənistanda və bankın digər üzv ölkələrində bərpa olunan enerji mənbələri ilə bağlı layihələrdə iştirak etməyə hazırdır. Nur-Sultanda  jurnalistlərlə söhbəində bu haqda Avrasiya İnkişaf Bankı sədr müavini  Amangəldi İsenov məlumatlandırıb. O qeyd edib ki, bankda Ermənistanla bağlı “yol xəritəsi” hazırlanıb. Orada Ermənistan hökuməti və ayrı-ayrı dövlət qurumları ilə əməkdaşlıq üçün bütün imkanları qeyd edilib. Günəşdən və küləkdən gələn enerji hazırda Ermənistanda az istifadə olunur,  bununla belə hökumət 2020-ci ilə qədər 100 MVt gücündə elektrik stansiyası tikmək üçün investorları cəlb etməyə ümid edir.

Daha çox göstər
Back to top button