İctimaiyyət

Azərbaycanlı mühacirlər Almaniyada aksiya keçirdilər

“Almaniyalı jurnalistlərdən siyasi məhbuslara dəstək” kampaniyası davam edir. Demokratik Azərbaycanı Seç (DAS) təşkilatının növbəti aksiyası Almaniyanın Trier şəhərində yerləşən “Medienhaus Trierischer Volksfreund” media orqanının qarşısında baş tutub. Avqustun 5-də keçirilən aksiyanın təşkilatçılardan olan Mübariz Kərimovun Meydan TV-yə verdiyi məlumata görə, “Siyasi Məhbsulara Azadlıq” adlı həmrəylik aksiyasında məqsəd diqqəti Azərbaycandakı vəziyyətə çəkməkdir. Aksiyada çıxış edən DAS üzvləri Aqşin Hacıyev, Məmməd Qarayev, Günel Mehdiyeva, Ramin Əhmədov, Emil Quliyev, Aydın Səfərov, Aqil Hüseynov, Vüqar Mehdiyev, Aygün Xələfova qeyd ediblər ki, bu gün Azərbaycanda siyasi və dini əqidəsinə görə 110 nəfərdən artıq siyasi məhbus var:

“Azərbaycanda siyasi aktiv insanlara qarşı təqib və təhdidlər davam edir. Hər ay bir neçə şəxs saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb edilir və həbs olunur. Bundan başqa, siyasi sifarişlə həbs olunan insanlar cəzaçəkmə müəssələrində mənəvi, psixoloji və fiziki işgəncəyə məruz qalırlar. Azərbaycanda söz və mətbuat azadlığı, sərbəst toplaşmaq hüquqlari, siyasi mübarizə üçün imkanlar məhdudlaşdırılıb, vətəndaşların inamını əldə etmək əvəzinə insanları qorxu altinda saxlayır və bu yolla korrupsiya, məmur özbaşınalığı, pis idarəetmə haqqında informasiyanın yayılmamasına nail olurlar”.

Daha çox göstər
Back to top button