İctimaiyyət

Baş redaktorun vəkili: Məhkəmənin protokolları saxtalaşdırılıb

Bakı Apelyasiya Məhkəməsində avqustun 6-da hazırda məhbus həyatı yaşayan reallıq.info saytının baş redaktoru İkram Rəhimovun şikayətinin ilkin baxış iclası keçirilib.

Baş redaktorun yaxınlarının məlumatına görə, hakim Rizvan Səfərin sədrliyi ilə keçirilən iclasda vəkil Elçin Sadıqov birinci məhkəmə instansiyasının protokollarının saxtalaşdırılması haqda vəsatət verib:

“Birinci instansiya məhkəməsində Elman adlı katib olub, sonradan onu işdən çıxarıblar, o da heç bir qeydini verməyib. Ardınca məhkəmə ifadələri ittiham aktı olduğu kimi yazılıb, halbuki, proseslərdə bütün zərərçəkmişlər İkram Rəhimovun onlardan pul tələb etmədiyini və hədə-qorxu gəlmədiyini demişdilər”.

Vəkil bütün şahidlərin yenidən dindirilməsini, istintaqın məhkəməyə təqdim etdiyi səs yazılarının saxtalaşdırıldığını, montaj olunduğunu əsas gətirərək təkrar ekspertiza keçirilməsini tələb etsə də, vəsatət təmin olunmayıb.

Məhkəmənin vəsatətləri təmin etməməsi və prosesi avqustun 21-nə qədər təxirə salmasına etiraz olaraq, İkram Rəhimov aclıq aksiyasına başladı.

Daha çox göstər
Back to top button