
ER Baş naziri Nikol Paşinyan Stepanakertin Respublika stadionunda 7-ci Ümumerməni Yay oyunlarının təntənəli açılışı mərasimində iştirak edib. ER Baş nazirinin iş heyətindən verilən məlumata görə, Baş nazir Nikol Paşinyanın 7-ci Ümumerməni Yay oyunlarının açılış mərasimində və idman paradının ardınca çıxışı olub. “Biz Artsaxda əylənmək, birliyimizin gücünü hiss etmək üçün toplaşmışıq, bəli birgə olduğumuz zaman yenilməzik,sarsılmazıq və bunu daha dərindən anlamaq üçün toplaşdıq.
Biz toplaşmışıq protokollaşdıraq ki, bizim tariximiz var, mənliyimizi, dövlətçiliyimizi və millətimizin minilliklər boyu davam edən qələbə yürüşünü davam etdirmək istəyimiz olduğunu qeyd etmək üçün bir araya gəlmişik.7-ci Ümumerməni oyunlarının minlərlə nümayəndəsi xalqımızın qalib gəlmək iradəsi və bacarığını tərbiyə edəcək,daha da gücləndirəcək və inkişaf etdirəcəkdir. Beləliklə, Ümumerməni oyunlarının bütün iştirakçılarına ədalətli rəqabətdə qələbə arzulayıram”-deyərək Baş nazir bəyan etdi.