
ER Müdafiə naziri Davit Tonoyan BQXK-nın Ermənistandakı nümayəndəliyi xanım Cleir Meytronun başçılıq etdiyi Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrini qəbul edib.
MN-dən verilən məlumata görə, görüş ərzində ER-da Müdafiə nazirliyi ilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasındakı əməkdaşlığın aktual problemləri, gündəliyə aid məsələlər, qarşılıqlı fəaliyyətin genişləndirilməsi imkanları və gələcək planlar müzakirə edilmişdir.
Tərəflər, eyni zamanda, Erməni-azərbaycan sərhədinəki Naxçıvan bölgüsündə gərginliyin artmasına da toxunublar. Mülki şəxslərin həyatı, sağlamlığı və əmlakına olan təhdidlərdən narahatlığını ifadə edən K. Meytro , ER-nın müvafiq orqanları ilə əməkdaşlıqla ən həssas icmaların birində riskləri azaltmağa istiqamətlənmiş pilotproqramını həyata keçirmək istəyir ki, o da özündə icma məktəblərində, uşaq bağçalarında və daha çox atəşə tutulan yerlərdə müdafiəedici divarlar qurulmasını həyata keçirməyə və insanlar arasında informasiyanın artmasını həyata keçirməklə bağlı tədbirlər keçirilməsinə yardımı əks edir.
Görüşün sonunda həmsöhbətlər Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin taleyi ilə əlaqəli digər məsələləri, habelə ER girovlar, əsirlər, naməlum itmişlər məsələləriylə məşğul olan komissiya və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən görülən işlərin əlaqələndirilməsi ilə bağlı digər məsələləri müzakirə etmişlər.