BaşlıcaSiyasət

Nikol Paşinyan Ümumerməni konsensusunun 6 bəndini təqdim etdi:

ER Baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsində Ümumerməni konsensusun 6 bəndini  təqdim edib

“1 saylı Konsensus – Zorakılıq hər hansı bir ermənilərarası məsələnin həlli üçün istənilən vasitədən   istisna   olmalıdır

Konsensus №2 –  Xalq və onların azad iradəsi hakimiyyətin formalaşmasında yeganə güc mənbəyidir. Xalqın iradəsini təhrif etmək üçün edilən hər bir cəhd anti-dövlət, anti-milli fəaliyyət  olaraq qiymətləndirilməlidir. Bu baxımdan, Artsax Respublikasında qarşıdan gələn prezident və parlament seçkilərinin azad, rəqabətqabiliyyətli, demokratik mühitdə və xalqın iradəsinin azad şəkildə ifadə olunması üçün real təminatlarla təmin edilməsi son dərəcə vacibdir.

Konsensus № 3 – Ermənistan və Artsaxdakı erməni xalqının suverenliyi ən yüksək dəyərdir və xarici qüvvələr ermənilərarası, daxili məsələlərin həlli üçün cəlb etməyə çalışan bütün o qüvvələr, kimlər ki, bizim ölkəmizdə  necə yadelli maraqların nümayəndəsi kimi çıxış edəcəklər,həmin qüvvələr ölkəmizdə erməni xalqı və onun leqitim  nümayəndəsi  Ermənistan hökumətinin ən sərt reaksiyasıyla üzləşəcək.

Konsensus №4: Ermənistan və Artsax korrupsiyadan  uzaq olmalıdır. Korrupsiyanın bütün  təzahürləri  o cümlədən  himayəçilik, süni  monopolyalar, rəqiblər üçün süni əngəllər də daxil olmaqla, korrupsiyanın bütün formaları aradan qaldırılmalı və korrupsiya fəaliyyəti nəticəsində dövlətə və  xalqa dəymiş maddi ziyan bərpa edilməlidir.

Konsensus №5 –  Qanunun və hüququn  aliliyi qanun qarşısında bərabərlik xalqlararası münasiblərin mühüm tərkibi olmalıdır. Xarici və ya daxili  təsirlərə uyan məhkəmələrin mövcudluğu milli təhlükəsizliyə təhdiddir. Ermənistan və Artsaxdakı məhkəmələr müstəqil olmalıdır.

Konsensus № 6 – Artsax məsələsinin müzakirə prosesinin məqsədi Artsax xalqının öz müqəddəratını təyinetmə və təhlükəsizliyi uğrunda Artsax azadlıq mübarizəsinin nəticələrini  müdafiə olmalıdır. Danışıqların nəticəsində, Ermənistan və Artsax hökumətləri üçün məqbul sayılan istənilən həll yolu yalnız Ermənistanda və Artsaxda bəyənildiyi təqdirdə məqbul sayıla bilər”.

Daha çox göstər
Back to top button